“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə cavab oyununu buraxacaq.
Ucnoqta.az xəbər verir ki, buna səbəb onun ötən gecə Zaqrebdəki ilk matçda sarı vərəqə ilə cəzalandırılmasıdır.
26 yaşlı yarımmüdafiəçi cari mövsümdə avrokuboklarda 3-cü sarı vərəqəsini alıb. Nəticədə o, limiti aşıb. Buna görə də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək cavab görüşündə meydanda olmayacaq.
Qeyd edək ki, ötən gecə "Dinamo" "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlib.///qol.az