Nigerin devrilmiş prezidenti Mohamed Bazoum və keçmiş Tuareg üsyançı lideri Rissa Ag Boula administrasiyasının keçmiş dövlət naziri iki ölkə arasında gərginlik fonunda Fransadan siyasi sığınacaq alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.
Məlumata görə, Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan Şəxslərin Müdafiəsi İdarəsi keçmiş nazirin “siyasi mövqeyi ilə bağlı risklərə” görə iyulun 31-də Ag Boulaya sığınacaq verib.
Nəşrin qeyd etdiyi kimi, ölkədən qaçan Ağ Bula Nigerin yeni hakimiyyət orqanları tərəfindən həbs olunmaq təhlükəsi səbəbindən respublikaya qayıda bilməyəcəyini bildirib.
Sığınacaq verilməsi Fransa və Niger arasında gərginlik fonunda baş verib.