Ticarət gəmisi Hudeyda limanından 77 dəniz mili qərbdə üç mərmi vurulduqdan sonra idarəetməni itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan gəmiyə ilk iki qayıq yaxınlaşıb, biri 3-5 nəfər, digərində isə 10-a yaxın adam olub.
Qayıqlardakı insanlarla gəmi heyəti arasında atışma olub, bundan sonra qayıqlar gəmidən təxminən iki mil məsafəyə geri çəkiliblər.
“Kapitan bildirdi ki, ticarət gəmisi iki naməlum mərmi, sonra üçüncü mərmi ilə vurulub. Gəminin idarəetməni itirdiyi bildirilir. Ölənlər barədə məlumat verilməyib”, - UKMTO bildirib.