Pakistanlı zəvvarları Yəzd əyalətinə aparan avtobusun yol qəzası nəticəsində azı 28 nəfər ölüb, daha 23 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəisi, general Teymur Hüseyni İSNA-ya deyib.
Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş.