Bayden mart ayında ABŞ-ın gizli nüvə strategiyasını təsdiqləyib - NYT

00:58 - 21 Avqust 2024 - DÜNYA

ABŞ prezidenti Co Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib və bu planda ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca cilovlanmasını nəzərdə tutur.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.
Qeyd edildiyi kimi, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp daha əvvəl etiraf etmişdi ki, Çin hazırkı zənginləşməsi nəticəsində nüvə arsenalının həcminə görə ABŞ-ı keçəcək.

Xəbər xətti