Həbsxanadan məhbusların qaçmasına görə 8 polis işdən çıxarılıb

19:52 - 20 Avqust 2024 - DÜNYA

Nayrobinin diplomatik məhəlləsində 13 məhbusun qaçmasından sonra məntəqə rəisi də daxil olmaqla ən azı səkkiz polis əməkdaşının fəaliyyəti dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, 42 qadının qətlində şübhəli bilinən Kollinz Cumaisi Xaluşa BMT-nin mənzil-qərargahı və bir çox səfirliklərin yerləşdiyi Gigiri diplomatik ərazisində yerləşən polis bölməsindən qaçıb.
Ondan əlavə, immiqrasiya qanunlarını pozduqlarına görə saxlanılan 12 Eritreya vətəndaşı da qaçıb.

Baş prokuror Gilbert Masengelinin sözlərinə görə, hadisə ilə bağlı araşdırma və qaçanların axtarışı davam etdirilir.
Onun sözlərinə görə, qaçışın təşkilində polis əməkdaşları iştirak edə bilər.

Xəbər xətti