Xırdalanda avtomobil təmiri sexində yanğın olub

18:59 - 20 Avqust 2024 - Xəbər

Abşeron rayonunda yerləşən sexdə yanğın hadisəsi baş verib.

Hadisə Xırdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır./apa

Xəbər xətti