Bu ölkə "WhatsApp"dan imtina etməyi planlaşdırır

15:34 - 20 Avqust 2024 - DÜNYA

Braziliya hakimiyyəti məlumat sızması təhlükəsi səbəbindən Meta Corporation-a məxsus WhatsApp messencerindən istifadəni dayandırmaq istəyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli Brasil247 portalı respublika hökuməti yanında Braziliyanın Sənaye İnkişafı Agentliyinin rəhbəri Rikardo Kapelliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkə rəhbərliyi məlumat ötürülməsinin təhlükəsizliyini artırmaq və onun sızmasının qarşısını almaq məqsədilə yerli İT şirkətləri tərəfindən sosial şəbəkələrin və "WhatsApp"a oxşar ani messencerlərin inkişafı üçün tender elan edəcək.

Eyni zamanda, Kapelli qeyd edib ki, Braziliya hökuməti ölkədə messencerin işinə mane olmayacaq.

Xəbər xətti