Meymun çiçəyinin yeni dalğası Avropa ölkələri üçün COVID-19 pandemiyası ilə eyni təhlükə yaratmır.
Ucnoqta.az xəbər evrir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluge deyib.
O, bildirib ki, meymun çiçəyi yeni bir COVID deyil.
"Biz Avropa Regionunda meymun çiçəyinə necə nəzarət edəcəyimizi bilirik və həmçinin xəstəliyin yayılmasının qarşısını almaq üçün atılmalı olan addımlar haqqında fikirimiz var" - Kluge deyib.
Büro rəhbəri əlavə edib ki, Avropa hökumətləri və səhiyyə idarələri 2022-ci ildən etibarən lazımi tədbirləri tətbiq etməyi öyrəniblər.
Lakin təhlükəni tamamilə aradan qaldırmaq üçün onun sözlərinə görə, bu məqsədə çatmaq üçün kifayət qədər resurslar və öhdəliklər yoxdur.