2023-cü ilin oktyabrında anklavda əməliyyat başlayandan bəri İsrail hərbçilərinin hərəkətləri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 40,2 minə yaxınlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Telegram kanalında məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı artaraq 40 173 nəfərə çatıb, daha 92 857 nəfər yaralanıb.
Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 34 fələstinli ölüb, 114 nəfər yaralanıb.