2023-cü il oktyabrın 7-də İsrailin məskunlaşdığı ərazilərə hücum zamanı radikallar tərəfindən qaçırılan və HƏMAS tərəfindən əsirlikdə öldürülən 6 girovun cəsədi Qəzza zolağında hərbçilər tərəfindən tapılaraq İsrailə gətirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman Telegram kanalında yazıb.
Gendelman əlavə edib ki, hələ də Qəzzada HƏMAS tərəfindən girovluqda olan 109 İsrail vətəndaşı var.