"Saakaşvilinin partiyası konstitusiyaya zidd elan ediləcək, ..."

10:43 - 20 Avqust 2024 - DÜNYA

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu – Demokratik Gürcüstan” oktyabrın 26-da keçiriləcək parlament seçkilərində eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasını qalib gəlsə və qanunverici orqanda konstitusiya çoxluğunu qazansa, konstitusiyaya zidd elan edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə siyasi birliyin bəyanatında deyilir.

Hakim partiya bildirir ki, 12 ildir hakimiyyətdə olmalarına baxmayaraq, Saakaşvilinin partiyasının kənardan himayədarlarının olması səbəbindən Milli Hərəkat hələ də mühakimə oluna bilməyib.
“Gürcü Arzusu” əmindir ki, Milli Hərəkatın xaricdə hələ də himayədarları var. Artıq iki ildir ki, Gürcüstandan Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açmağı tələb edən qüvvələr bunlardır.

Xəbər xətti