Melburndan Kuala-Lumpura uçan Malayziya Hava Yollarına məxsus təyyarə Avstraliyanın mərkəzində yerləşən Alis Sprinqs hava limanına məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə SBS telekanalı aviadaşıyıcının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yerli vaxtla saat 11:20-də Melburndan havaya qalxan “Airbus A330-323” Malayziyanın paytaxtı Kuala-Lumpura doğru uçurdu. Lakin texniki nasazlıqlara görə təyyarə Elis Sprinqs hava limanına yönləndirilib və orada təcili eniş edib.
Eniş uğurlu olub və xəsarət alan yoxdur. Hazırda təyyarə texniki baxışdan keçirilir.