Qırğızıstanda zəlzələ baş verib

08:13 - 20 Avqust 2024 - DÜNYA

Qırğızıstanın cənubunda zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

İnstitutun saytında dərc olunan məlumata görə, mənbədə zəlzələnin intensivliyi 12 ballıq şkala (MSK-64) üzrə 3,5 bal olub.

Zəlzələnin mənbəyinin Qırğızıstan ərazisində, Üç-Terek kəndindən 6 km şimalda yerləşdiyi bildirilir. 

Xəbər xətti