"Aegean Airlines" Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvini uzadıb

00:17 - 20 Avqust 2024 - DÜNYA

Yunanıstanın hava yolları şirkəti "Aegean Airlines" Yaxın Şərqdə gərginləşən münaqişə səbəbindən Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğv edilməsinin avqustun 22-dək uzadıldığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Aviaşirkət qeyd edib ki, bu cür reyslərin ləğvindən zərər çəkən sərnişinlər 31 dekabr 2024-cü il tarixinədək pulsuz olaraq yeni səyahət tarixləri seçə və ya tam geri qaytarma və ya çek tələb edə bilərlər.

Beyrut, Əmman və Təl-Əviv hava limanlarına uçuşların dayandırılması avqustun 19-da başa çatmalı idi.

Xəbər xətti