ABŞ Dövlət Departamenti Koreya Respublikasına ümumilikdə 3,5 milyard dollar dəyərində 36 Apache AH-64E hücum helikopterinin satışını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Bildirilir ki, Dövlət Departamenti AH-64E "Apache" helikopterlərinin və əlaqəli logistika və dəstək proqramının elementlərinin Korya Respublikasına 3,5 milyard dollar məbləğində potensial satışını təsdiqləməyə qərar verib.