Netanyahu bu həftə Qahirəyə nümayəndə heyəti göndərəcək

19:54 - 19 Avqust 2024 - DÜNYA

 İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ dövlət katibi Antoni Blinkenə Qəzza zolağı ilə bağlı razılaşmaya doğru irəliləmək üçün məsləhətləşmələri davam etdirməyə görə bu həftə Qahirəyə danışıqlar aparacaq nümayəndə heyəti göndərəcəyini bildirib.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə “The Times of Israel” adı açıqlanmayan İsrail nümayəndəsinə istinadən xəbər verir.

Məlumata görə, Mossadın kəşfiyyat direktoru David Barneanın başçılıq edəcəyi nümayəndə heyətinə Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar və girovların mübadiləsi üzrə koordinator, ehtiyatda olan general-mayor Nitzan Alon da daxildir.
Nəşr qeyd edir ki, hər üç şəxs ötən həftənin sonunda Qətərdə Qəzza sövdələşməsinə dair danışıqlarda iştirak edib.

Xəbər xətti