Qəzzada 169 jurnalist həlak olub

18:21 - 19 Avqust 2024 - DÜNYA

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında azı 169 media işçisi öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, gərginliyin son qurbanı fələstinli İbrahim Mərvan Muhareb olub.

Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı son məlumatlara görə, anklavda ölənlərin ümumi sayı 40 139 nəfərdir, təxminən 92 743 fələstinli isə yaralanıb.

Xəbər xətti