“Krokus” işi ilə bağlı daha 4 nəfərin həbs müddəti uzadılıb

15:14 - 19 Avqust 2024 - DÜNYA

Moskvanın Basmannı Məhkəməsi istintaqın tələbi ilə Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı cinayət işi üzrə daha dörd təqsirləndirilən şəxsin həbs müddətini uzadıb

Ucnoqta.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən İnterfaks-a bildirilib.

Qeyd olunub ki, Nəzrimad Lütfülloi, Cumaxon Kurbonov, Yakubjon Davlatxon Yusufzoda və Mukhamad Sharipzoda ilə bağlı həbs müddəti 22 noyabr 2024-cü il tarixinə qədər uzadılıb.

İstintaqın tələbi ilə iclas bağlı qapılar arxasında keçirilib.

Xəbər xətti