Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunan yenilənmiş Ukraynaya hərbi yardım siyahısında qeyd olunub.
Məlumata görə, yeni paketə IRIS-T SLS zenit-raket kompleksi, 14 min 155 mm-lik artilleriya mərmisi, 10 yerüstü pilotsuz uçuş aparatı, ehtiyat hissələri ilə birlikdə 26 Vektor kəşfiyyat aparatı, 6 HMEE yükləyicisi və Bergepanzer 2 zirehli maşını daxildir.
Bundan əlavə, 700 MK 556 avtomat tüfəngi, 10 HLR 338 patronlu snayper tüfəngi, 50 CR 308 tüfəngi, 55 min ilkin tibbi yardım çantası, həmçinin partlayıcı əşyaların zərərsizləşdirilməsi üçün vasitələr təhvil verilib.