İçərisində 22 nəfərin olduğu 56 m uzunluğunda "Bayesian" yelkənli gəmisi Siciliya adasındakı Palermo şəhəri yaxınlığında batıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb. Məlumata görə, nəticədə 6 sərnişin itkin düşüb, 1 nəfər ölüb.
Bildirilir ki, yaxta Britaniya bayrağı altında olub, sərnişinlər əsasən Böyük Britaniyadan, həmçinin Yeni Zelandiya, Şri-Lanka, İrlandiya və Böyük Britaniya və Fransanın ikili vətəndaşlığı olan şəxslər olub.
Son məlumatlara görə, sahil mühafizəsi Palermo Uşaq Xəstəxanasına çatdırılan bir yaşlı uşaq da daxil olmaqla 15 sərnişini xilas edə bilib.
Qəza yerində dalğıclar sərnişinlərdən birinin cəsədini aşkar ediblər. Batan gəmi sahildən təxminən 800 m məsafədə 49 m dərinlikdə yerləşir.
Agentlik qeyd edir ki, adanın qayığın batdığı sahil ərazisi daha əvvəl qasırğaya məruz qalıb.