İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a İsrail Nazirlər Kabineti rəhbərinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
Bazar ertəsi Blinken İsrail prezidenti İsaak Hersoqla görüşüb və Qəzza zolağı ilə bağlı danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsin təmin edilməsi üçün “son şans” adlandırıb.