Türkiyə bir il ərzində yeni konstitusiyanın hazırlanmasını başa çatdırmaq niyyətindədir

12:58 - 19 Avqust 2024 - DÜNYA

Sənədin 2025-ci ilin payız sessiyasında parlamentin müzakirəsinə təqdim edilməsi üçün Türkiyənin yeni konstitusiyasının hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin spikeri Numan Kurtulmuş deyib.

Spiker bildirib ki, bizim planımız bir il ərzində, yəni 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına qədər yeni konstitusiya ilə bağlı danışıqları başa çatdırmaq və yeni qanunvericilik ilində onun qəbulu ilə bağlı işlərə başlamaqdır.

“Biz hamının fikrini nəzərə alacağıq. 28-ci parlamentin əsas vəzifələrindən biri müasir, demokratik, əhatəli və hərtərəfli konstitusiya hazırlamaqdır.

Mən parlamentimizdə yeni konstitusiya qəbul etmək istəyini görürəm və ümid edirəm ki, bu, reallaşacaq”, - deyə Kurtulmuş bildirib.

Xəbər xətti