ABŞ və Norveç "F-35"ləri Finlandiyada təlim keçəcək

12:40 - 19 Avqust 2024 - DÜNYA

 Amerika və Norveç "F-35"ləri Finlandiyada təlim tədbirləri keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Birgə atəşlər adlanan təlim tədbiri avqustun 19-dan 22-dək baş tutacaq və Finlandiya Hərbi Hava Qüvvələri tərəfindən təşkil olunacaq.

Finlandiya Hərbi Hava Qüvvələri Komandanlığının qərargah rəisinin müavini polkovnik Tommi Heykkala bildirib ki, birgə təlimin məqsədi müttəfiq F-35-lərin ordu və donanma silah sistemlərindən atəş açmaq üçün hədəf təyinetmə qabiliyyətini yoxlamaqdır.

Təlimdə Finlandiyanın F/A-18 Hornet qırıcılarından başqa, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı və Norveç Kral Hərbi Hava Qüvvələrinə məxsus iki F-35A Lightning II qırıcısı, həmçinin Finlandiya Ordusu və Hərbi Dəniz Qüvvələrinin silah sistemləri iştirak edəcək. 

Xəbər xətti