ABŞ-ın Konnektikut ştatının Nyu-Heven və Feyrfild qraflıqlarında qəfil daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 18-də CNN kanalı Milli Meteorologiya Xidmətinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, fövqəladə vəziyyət Uoterberi, Danberi və Feyrfild şəhərlərini əhatə edib. Qeyd olunur ki, hazırda xilasedicilər bölgələrdə işləyir.
Qeyd olunur ki, təxminən 200 ildir ki, bölgədə belə bir hadisə baş verməyib.
Bundan başqa, daşqın Oksford, Seymur və Çeşir şəhərlərinə də təsir edib.