"Çondari" qasırğası Çinin şərq sahillərinə yaxınlaşır

08:18 - 19 Avqust 2024 - DÜNYA

“Çondari” tayfunun yaxınlaşması ilə əlaqədar yaxın vaxtlarda Çinin şərq rayonlarında pis hava şəraiti gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Meteorologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, səhər saatlarında tropik siklonun mərkəzi Taypey şəhərindən (Tayvan adası) təxminən 430 km şərqdə olub. Onun episentrində küləyin maksimal gücü 18 m/s-ə çatır.

Şimal istiqamətində 15-20 km/saat sürətlə hərəkət edən tayfunun Çinin Futszyan və Zhejianq əyalətlərinə tufanlar gətirəcəyi gözlənilir.

Xəbər xətti