Koreya və ABŞ birgə təlimlərə başlayıb

07:48 - 19 Avqust 2024 - DÜNYA

Koreya Respublikası və ABŞ KXDR-dən gələn nüvə təhlükələrinə qarşı hazırlığı artırmaq üçün nəzərdə tutulan "Ulchi Freedom Shield" təliminə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Manevrlər dövlətin vətəndaşları müxtəlif təhdidlərdən, o cümlədən Şimali Koreyadan gələn nüvə və raket təhdidlərindən deyil, kiberhücumlar və yalan məlumatların yayılması, həm də “boz zonada” GPS siqnallarının bloklanması kimi müxtəlif təxribatlardan qorumaq üçün hazırlığını artırmaq üçün həyata keçirilir. 

Avqustun 29-dək davam edəcək “Ulchi Freedom Shield” proqramına kompüter simulyasiyası əsasında komanda-qərargah təlimləri, səhra manevrləri və mülki müdafiə təlimləri daxildir.
Bu il onlara 19 min Cənubi Koreya hərbçisi cəlb edilib, canlı atəş də daxil olmaqla 48 səhra təlimi planlaşdırılır.

Xəbər xətti