Meymun çiçəyi bütün dünyaya yayılmağa başlayır.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər meymun çiçəyi xəstəliyinin Afrikadan kənara da yayılmasından narahatdırlar. Çin sərhəddə məhdudlaşdırıcı tədbirlər tətbiq edir.
Hazırda xəstəlik Avropa və Asiyada müəyyən edilib. Bu səbəbdən Çin sərhəd məhdudiyyətləri tətbiq edir.
Xəstəliyin geniş yayılması ilə əlaqədar ÜST meymun çiçəyi xəstəliyini qlobal fövqəladə vəziyyət elan edib.
Məlumdur ki, ən çox bu xəstəliyin simptomları soyuqdəyməyə bənzəyir: hərarət, yorğunluq, zəiflik və baş ağrısı.
Ancaq infeksiyadan sonra dördüncü gündə limfa düyünləri böyüyür və bədəndə bəzən ovuclara çatan bir səpgi görünür.
İmmunoloq Nikolay Kryuçkov bildirib ki, SSRİ dövründən bəri Rusiya Federasiyasının bir çox vətəndaşı meymun xəstəliyinə qarşı peyvənd olunub.