Kolumbiya prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə İsrailə kömür tədarükünü dayandıran fərman imzalayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.
Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.
Sərəncamda qeyd edildiyi kimi, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.
Sənəddə İsrailin enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılı olduğu və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edildiyi deyilir:.