Ukrayna Belarusla sərhəddə 120 mindən çox əsgər yığıb - Lukaşenko

23:18 - 18 Avqust 2024 - DÜNYA

Belarus-Ukrayna sərhədində Ukrayna Silahlı Qüvvələrinin 120 mindən çox hərbi qulluqçusu var.

Ucnoqta.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalının efirində deyib.

“Belarus-Ukrayna sərhədində 120 mindən çox insan var. Ukrayna hərbçilərini sərhədimizdə saxlayırlar. Onların aqressiv siyasətini görən biz bütün sərhəd boyu ordumuzu yerləşdirdik”, - deyə siyasətçi vurğulayıb.

Bundan əlavə, Lukaşenko xatırladıb ki, sərhəddə oxşar vəziyyətin kəskinləşməsi iyulun əvvəlində Minskdə Müstəqillik Gününə həsr olunmuş parada hazırlıq zamanı müşahidə olunub.
Belarus sərhədlərdə təhlükəsizliyi gücləndirmək məcburiyyətində qaldı, demək olar ki, respublika ordusunun üçdə biri oraya göndərildi.

Xəbər xətti