Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, prezident To Lam bazar günü səhər Quançjou şəhərinə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Vyetnam liderinin təyyarəsi Pekin vaxtı ilə saat 09:25-də yerə enib. Qeyd edildiyi kimi, Quançjouda To Lam VPK-nin banisi Ho Şi Minin (1890-1969) inqilabi fəaliyyətinin yerlərini ziyarət edəcək.