KTMT Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu eskalasiyanın yeni mərhələsi adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada deyilir. Bildirilir ki, Kursk vilayətindəki vəziyyətlə bağlı bu günə qədər Rusiya Federasiyasından KTMT-yə müraciət daxil olmayıb.
"Ukraynanın Kursk bölgəsinə hücumu eskalasiyanın yeni mərhələsinə çevrilib, KTMT vəziyyətin inkişafını diqqətlə izləyir. Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Bizim analitik xidmətimiz gecə-gündüz işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT]Katibliyi və Rusiya Federasiyasının müvafiq dövlət qurumları müntəzəm olaraq məlumat mübadiləsi aparırlar”, - açıqlamada qeyd olunur.