FIFA referisi Elçin Məsiyev təyinat alıb.
Ucnoqta.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Konfrans Liqasının "pley-off" mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.