İsveçrə Belarusun 27 vətəndaşına qarşı sanksiya tətbiq edib

11:27 - 16 Avqust 2024 - DÜNYA

İsveçrə hakimiyyəti sanksiya siyahısına təhlükəsizlik işçiləri, hakimlər və jurnalistlər də daxil olmaqla 27 Belarus vətəndaşını əlavə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin saytında dərc olunan sənəddə deyilir.

Həmçinin, BelTA informasiya agentliyinin baş direktoru İrina Akuloviç, Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Andrey Ananenko və onun iki müavini, habelə digər şəxslər barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Sanksiyalar İsveçrəyə səyahət qadağası, ölkədə bank xidmətləri və əgər varsa, aktivlərin dondurulmasını nəzərdə tutur.

Xəbər xətti