Alaid vulkanı 3,5 km hündürlüyə kül buraxıb

10:21 - 16 Avqust 2024 - DÜNYA

Kuril adalarında yerləşən Alaid vulkanı uzun sürən sakitlikdən sonra külünü 3,5 km hündürlüyə atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, cümə günü vulkanoloqlar Böyük Kuril silsiləsində (Saxalin vilayəti) Atlasov adasında yerləşən Alaid vulkanında sakitlikdən sonra dəniz səviyyəsindən 3,5 km yüksəklikdə kül sütunu qeydə alıblar.

Qeyd edək ki, Alaid vulkanı Kuril adalarının ən şimal və ən hündür vulkanıdır, Saxalin bölgəsində ən yüksək nöqtəsi - 2339 metrdir.

Xəbər xətti