Yaponiyada “Ampil” qasırğasının yaxınlaşması səbəbindən ləğv edilən uçuşların sayı 853-ə yüksəlib.
Ucnoqta.az xəbər evrir ki, bu barədə yerli aviaşirkətlərin saytlarında məlumat yayılıb.
Ölkənin ən böyük daşıyıcıları "JAL" və "ANA", əsasən Tokionun Haneda və Narita hava limanlarına uçan və ya gələn 650-yə yaxın reysi ləğv edib.
Ləğv edilən daha 200 uçuş "Jetstar Japan", "Peach Aviation" və digərləri kimi aşağı büdcəli aviaşirkətlərin payına düşür.
NHK televiziyasının məlumatına görə, Tokionun qonşusu Çiba və Kanaqava prefekturalarının sahil bölgələrindən keçən bir neçə xətt üzrə qatarların hərəkəti də dayandırılıb və ya azaldılıb. Şinkansen sürət qatarları da bəzi marşrutlarda işləməyəcək.
Bundan əlavə, paytaxt bölgəsində yolların bağlanması və Tokio körfəzində bərə reyslərinin ləğv edildiyi bildirilir.