"Ernesto" qasırğası ikinci səviyyəyə qədər güclənib

07:24 - 16 Avqust 2024 - DÜNYA

"Ernesto" qasırğası Saffir-Simpson şkalası üzrə ikinci səviyyəyə qədər güclənib və Bermudaya yaxınlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Qasırğa hazırda Bermudadan təxminən 660 km cənub-qərbdə yerləşir və 22 km/saat sürətlə hərəkət edir. Küləyin maksimal sürəti 43 m/s-ə çatır.

"Ernesto" avqustun 13-də Atlantik okeanında yaranıb.

Xəbər xətti