"Ernesto" qasırğası Saffir-Simpson şkalası üzrə ikinci səviyyəyə qədər güclənib və Bermudaya yaxınlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Qasırğa hazırda Bermudadan təxminən 660 km cənub-qərbdə yerləşir və 22 km/saat sürətlə hərəkət edir. Küləyin maksimal sürəti 43 m/s-ə çatır.
"Ernesto" avqustun 13-də Atlantik okeanında yaranıb.