Dövlət Departamenti Almaniyaya ümumilikdə 5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raketlərinin mümkün satışını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Qeyd olunur olur ki, Almaniya əvvəllər ABŞ-dan göstərilən məbləğə 600-ə qədər PAC-3 MSE raketi və müvafiq avadanlıq tələb edib.
İddia olunur ki, təsdiq edilmiş saziş çərçivəsində silah tədarükü ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik maraqlarını təmin edir və həmçinin Almaniyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək.
Bundan əlavə, Dövlət Departamenti İtaliyaya 738 milyon dollara altı MQ-9 pilotsuz təyyarəsi və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.