Polşanın cənub-qərbindəki Karpaç şəhərində avtobusla avtomobilin toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TVP İnfo kanalına yerli polisin nümayəndəsi Beata Sosulska-Baran məlumat verib.
Bildirilir ki, 23 zərərçəkən olub, onlardan 10 və 13 yaşlı 2 qız çox ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Onun sözlərinə görə, Polşa-Çexiya sərhədi yaxınlığındakı Karpaç şəhərinin Vielkopolska küçəsində qarşıdan gələn zolaqla hərəkət edən “Skoda” markalı avtomobil avtobusa çırpılıb.
Qəza nəticəsində zərərçəkənlərin hamısı tibb müəssisələrinə aparılıb, onlardan 19-u avtobusda, 4-ü isə minik avtomobilində olub. Ağır xəsarət alan qızlar “Şkoda” markalı avtomobildə olan sərnişinlər olub.
Polis sözçüsü bildirib ki, hadisənin səbəbləri hələlik məlum deyil.