ABŞ prezidenti Co Bayden zarafatla 270 ildir ABŞ senatoru olduğunu deyib.
Ucnoqta.az xəbər evrir ki, Bayden Merilend ştatında keçirilən mitinqdə gülümsəyərək deyib:
"Mən 270 il Senatda xidmət etmişəm. Bilirəm ki, adətən 40 yaşında görünürəm, amma bir az yaşlıyam"
"Uzun müddət çox gənc idim, çünki seçiləndə 29 yaşım var idi. İndi isə çox qocalmışam", - deyə hazırda 81 yaşı olan ABŞ prezidenti əlavə edib.
Xatırladaq ki, Bayden 1973-2009-cu illərdə Delaver ştatından senator vəzifəsində çalışıb.
Mitinqdə ABŞ-ın vitse-prezidenti və ən yüksək hökumət postuna Demokratlar Partiyasından namizəd Kamala Harris də çıxış edib. Bu, hazırkı Amerika lideri seçki yarışını tərk etdikdən sonra Bayden və Harrisin ictimai tədbirdə ilk birgə çıxışı olub.