Qazaxıstan millisinə başçılıq edən rusiyalı Stanislav Çerçesov Bolqarıstanın "Ludoqorets" futbol klubunun baş məşqçisi ola bilər.
Ucnoqta.az xəbər evrir ki, Çerçesovun artıq Razqradda olduğu qeyd edilir. Razılıq əldə olunarsa, o, "Ludoqorets" - "Levski" matçından sonra komandaya rəhbərlik edəcək.
Bundan əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” klubuna 2:7 hesabı ilə uduzduğu “Ludoqorets”in baş məşqçisi Georgi Dermenciyev istefaya göndərilib.