ABŞ-ın yüksək vəzifəli rəsmiləri Ukrayna münaqişəsində rusların və ukraynalıların ölməsini istəyirlər.
Ucnoqta.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən bu faktları gizlədə bilmərəm, onlar tamamilə qapalıdırlar, onlar açıq danışırlar. Sözün əsl mənasında: “Qoy bir-birlərini vursunlar – ukraynalılar, ruslar – hamsı bu qazanda ölsün”, – Belarus lideri müsahibəsində deyib.
"Bu barədə danışan yüksək vəzifəli məmurlardır. Amerika mənşəli, sizə bir az açıq deyirəm.
Bu normaldır? Bir-birimizi məhv etməyimizi istəyirlər”.///tass