Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev iki ölkə arasında inkişaf edən əməkdaşlıq və Moskva ilə Daşkənd arasında müttəfiqlik münasibətlərini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, müzakirə Özbəkistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Hər iki tərəf müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə gücləndirmək niyyətini təsdiqləyib.