İsrail nümayəndə heyəti yaxın saatlarda Qəzzadakı vəziyyətin həlli ilə bağlı Dohada danışıqlara başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
O, bildirib ki, İsrail nümayəndə heyəti günün ortasında Dohada danışıqlara başlayacaq və o, geniş səlahiyyətlərə və saziş üzrə razılığa gəlmək üçün baş nazirdən mandata malikdir.