Fransanın xarici işlər naziri Livana səfər edəcək

00:00 - 15 Avqust 2024 - DÜNYA

Fransanın xarici işlər naziri Stefan Sejurne bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün cümə axşamı Livana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse Fransa diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, səfər proqramına Livanın baş naziri Nəcib Mikati və respublikanın xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib ilə görüş daxildir.

Bundan əlavə, Sejurnenin Livan parlamentinin sədri Nəbih Berri ilə görüşü nəzərdə tutulub.

Xəbər xətti