Rusiyanın Samara vilayətində azot gübrəsi olan beş vaqon relsdən çıxıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti xəbər verir. Hadisə avqustun 14-də “Jiqulevskoye More” stansiyasında baş verib.
İlkin məlumatlara görə, üç vaqon yan üstə aşıb. Hazırda bərpa işləri aparılır və qatarların hərəkəti ləngimir.