Litvan silah alınması üçün daha 130 milyon avro ayırır

15:02 - 14 Avqust 2024 - DÜNYA

Litva hökuməti öz iclasında 2024-cü ilin sonuna kimi silahların alınması üçün əlavə 130 milyon avro ayrılmasını təsdiqləyib.

Ucnoqta.az xəbər evrir ki, beləliklə, Nazirlər Kabineti Müdafiə Nazirliyinin tələb etdiyi Maliyyə Nazirliyinin təşəbbüsünü dəstəkləyib. 

Bu vəsaitin 20 milyon avrosunun müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatlarının (PUA) alınmasına və operatorların təliminə, 30 milyon avronun isə əks-PUA sistemlərinin və elektromaqnit mühafizə vasitələrinin alınmasına, 10 milyon avronun mobil hava hücumundan müdafiə sistemlərinin yenilənməsi üçün, 25 milyon avro - atıcı silahlar üçün, 20 milyon avro - ordu radiostansiyalarının alınması üçün, 5 milyon avro - qumbaraatanlar üçün, 10 milyon avro - döyüş sursatı üçün istifadə edilməsi planlaşdırılır.

Daha 10 milyon avro Ukraynaya beynəlxalq yardım proqramlarının həyata keçirilməsi və Aİ-nin hərbi fəaliyyətlərində iştirak üçün ayrılıb.

Xəbər xətti