Ermənistanda qızılca xəstəliyi yayılıb

11:58 - 14 Avqust 2024 - DÜNYA

Ermənistan Səhiyyə Nazirliyi qızılca ilə bağlı vəziyyətin pisləşə biləcəyi barədə xəbərdarlıq edib

Ucnoqta.az erməni mətbuatına istinadən bildirir ki, həm başqa ölkələrdə, həm də Ermənistanda qızılcaya yoluxma halları qeydə alınmaqda davam edir.

Nazirliyin açıqlamasında qeyd olunur ki, epidemioloji vəziyyət bir qədər pisləşə bilər ki, bu da hazırkı turizm fəaliyyəti ilə bağlıdır.

Avqustun 5-nə olan məlumata görə, Ermənistanda 543 təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb ki, onlardan 323-ü uşaqlar arasındadır. Ermənistanda 2023-cü ildə bir ölüm halı qeydə alınıb.

Xəbər xətti