Cənubi Koreya və ABŞ döyüş atəşli təlimlər keçirib

11:49 - 14 Avqust 2024 - DÜNYA

 Koreya Respublikası və ABŞ hərbçiləri KXDR ilə sərhəddən 30 km cənubda yerləşən poliqonda döyüş atışlı təlimlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Təlimlər avqustun 9-dan 14-dək baş tutub. Təlimdə təxminən 320 nəfər iştirak edib və "Apachi" hücum helikopterlərindən istifadə edilib.
ABŞ Silahlı Qüvvələrinin bu bölməsi Koreya Respublikasına ordunun şəxsi heyətin müəyyən bir nöqtəyə operativ şəkildə yerləşdirilməsi, orada təlimlər keçirməsi və daimi yerinə qayıtmaq qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş Sakit Okean Qüvvəti təliminin bir hissəsi kimi gəlib.

Xəbər xətti